Filipp Koutinyo yayda klubunu dəyişir?

"Barselona"nın futbolçusu Filipp Koutinyo yayda Kataloniya klubundan ayrıla bilər. "Marca" nəşrinin yazdığına görə, La Liqa təmsilçisi bu mövsümün sonu braziliyalı yarımmüdafiəçi ən azı 100 milyon avroya satmağa hazırdır.

26 yaşlı oyunçu ilə "Mançester Yunayted"in maraqlandığı iddia olunur. Qeyd edək ki, Koutinyo 2018-ci ilin yanvarında "Liverpul"dan "Barselona"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...