Həbib Nurməhəmmədov sentyabrda rinqə çıxacaq

UFC üzrə yüngül çəkidə çempion Həbib Nurməhəmmədovun növbəti dəfə rinqə çıxacağı tarix müəyyənləşib. Xarici KİV-lərin yazdığına görə, o, sentyabrın 7-də növbəti döyüşünə çıxacaq. 30 yaşlı döyüşçücünü rəqibinin kimliyi isə hələlik açıqlanmayıb.

Xatırladaq ki, H.Nurməmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən 9 ay müddətinə yarışlardan kənarlaşdırılıb. O, həmçinin 500 min dollar cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...