Xorvatiya - Azərbaycan matçında 3 qol - YENİLƏNiB

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. SİA-nın məlumatına görə, millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Georgi Kabakov olub.

Nikola Yurçeviç öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edib.

Oyunda ilk qolu millimizin üzvü Ramil Şeydayev vurub. O, 19-cu dəqiqədə baxımlı qola imza atıb. Matçın 44-cü dəqiqəsində isə rəqib futbolçu Barişiç hesabda tarazlıq yaradıb -1:1. İlk hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın 79-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kramariç həlledici qolu vurub.

Beləliklə, oyunda Xorvatiya yığması 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu matçadək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb.

Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu, 1-ci tur

23:45. Xorvartiya - Azərbaycan - 2:1

Qollar: Ramil Şeydayev, 19 (0:1), Barişiç, 44 (1:1), Kramariç, 79 (2:1)

Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu

23:45. Slovakiya - Macarıstan - 2:0
Qollar: Duda, 42, Rusnak, 85

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...