Roman Abromoviç "Çelsi"ni satışa çıxarır?

Londonun "Çelsi" futbol klubunun sahibi dəyişə bilər. "The Times" nəşrinin yazdığına görə, Britaniyanın ən varlı iş adamı Cim Retkliff London klubunun səhmlərini almaq istəyir. Klubun hazırkı sahibi Roman Abromoviçin "Çelsi" üçün tələb etdiyi 2,5 milyard funt-sterlinqi ödəmək C. Rettkliff üçün problem deyil. Sadəcə, "Stemford Bric" stadionun rekonstruksiyasının böyük maliyyə vəsaiti tələb etməsi iş adamını düşündürür.

Qeyd edək ki, Retkliffin sərvəti 21 milyard funt-sterlinq olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...