"Atletiko" "Portu"nun futbolçusunu transfer edəcək?

"Atletiko" "Portu"nun futbolçusu Hektor Herreranı transfer etmək üzrədir. Madrid klubu 28 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib. Meksikalı oyunçu bu mövsümün sonu azad agent kimi La Liqa təmsilçisinə keçəcək. Qeyd edək ki, H.Herrera bu mövsüm Portuqaliya klubunda 44 matçda 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...