"Qarabağ" "Zirə" ilə yoxlama oyunu keçirəcək

Milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama oyunu keçirəcək.
Qol.az xəbər verir ki, Ağdam klubu "Zirə" ilə qarşılaşacaq. Görüş martın 24-də keçiriləcək. Ancaq hələlik matçın yeri və saatı bilinmir. Məlumatı saytımıza "Zirə" klubunun mətbuat xidmətindən veriblər. Qeyd edək ki, turnir cədvəlində "Qarabağ" hazırda 45 xalla 2-ci, "Zirə" isə 22 xalla 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...