Şahmat üzrə AÇ-də ikinci turun oyunları keçirilir

Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilir. SİA-nın məlumatına görə, ikinci turda Azərbaycan şahmatçılarından Rauf Məmmədov israilli Yahav Emanuel, Eltac Səfərli latviyalı İlya Semyenovs, Məhəmməd Muradlı Serbiya təmsilçisi Stefan Tadiç, Kənan Qarayev Türkiyə idmançısı Batu Anqun, Ülvi Sadıqov israilli Elie Milikov, Cahandar Azadəliyev isə Sloveniya təmsilçisi Laura Unukla qarşılaşır.

Qitə çempionatının birinci turunda Eltac Səfərli heç-heçə edib. Digər şahmatçılarımız isə məğlub olublar.

On bir turdan ibarət çempionat İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə