PSJ Qrizmannı heyətinə qata bilər

PSJ "Atletiko"nun futbolçusu Antuan Qrizmannın transferi variantına baxır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris təmsilçisi futbolçuları Neymar və Kilian Mbappedən birinin başqa kluba keçəcəyi halda, fransalı yarımmüdafiəçinin transferi üçün Madrid klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Qrizmannın təzminat qiyməti 200 milyon avro təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə