İspaniyanın qadın futbol liqasında keçirilən "Atletiko" - "Barselona" oyununda azarkeş rekordu qırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madriddəki Vanda Metropolitano stadionunda keçirilən və "Barselona"nın 2:0 hesablı qələbə qazandığı görüşü 60739 nəfər tribunadan izləyib. Bu, qadın futbolunda dünya rekordu kimi tarixə düşüb.

İndiyə qədərki rekord 99 il əvvəl Liverpuldakı "Goodison Park"da qeydə alınmışdı. 1920-ci ildə "Dick Kerrs Ladies" və "Helen's Ladies" komandaları arasındakı görüşü 53 min azarkeş izləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə