Devid Bekhem London polisinə sükan arxasında telefonla danışdığını etiraf edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polisə veteran ulduzun qanunu pozması haqda təsadüfi şahid məlumat verib. Hadisə Londonda, 2018-ci ilin noyabrında baş verib.

Mənbə dünən paytaxt polisinə Bekhemin günahını etiraf etməsiylə bağlı məktub daxil olduğunu vurğulayıb. İngiltərə millisinin sabiq üzvünü 200 funt-sterlinq məbləğində cərimə gözləyir. Onun sürücülük reytinqinə isə 6 bal yazılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə