PSJ 3 ulduz futbolçuya qapını göstərir

PSJ yayda bir neçə veteran futbolçusu ilə yolları ayıra bilər. Fransa mətbuatının yazdığına görə, Paris təmsilçisi yayda komandanın heyətini gəncləşdirmək istəyir. Bu səbəbdən klub 41 yaşlı Canluici Buffon və 35 yaşlı Dani Alveslə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı planlaşdırmır. PSJ həmçinin, 34 yaşlı Tiaqo Silva ilə də yolları ayırmaq istəyir.

Bildirilir ki,Fransa klubu Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra PSJ bu qərarı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə