Həmyerlimiz Çexiyada növbəti qolunu vurub

Futbol üzrə Çexiya Gənclər Liqasında 22-ci tura yekun vurulub. Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandası “Sparta"nın qonağı olub. Görüş "Slaviya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan U-21 millimizin üzvü F.Nəbiyev bu görüşdə bir qol vurub. O, 42-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub. Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 29 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə