Qaret Beyl "qırmızı şeytanlar"a lazım olmadı

"Mançester Yunayted" "Real"ın futbolçusu Qaret Beyli yayda almağı planlaşdırmır. Qol.az ESPN-ə istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu bu mövsüm daimi oyun təcrübəsinə malik olmadığı üçün İngiltərə klubu onu almağı düşünmür.

"MY"nın bundan başqa, Beylin qiymətinin yaşına görə çox olduğunu hesab edir. Klubun daha gənc futbolçular transfer etməyi planlaşdırdığı vurğulanıb. Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Beyli satmaq istədiyi iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə