“Porto” Kasilyasla müqaviləni yeniləyəcək

Portuqaliyanın “Porto” futbol klubu qapıçısı İlker Kasilyasla müqaviləni uzatmağa hazırlaşır. Xarici KİV-lərin yazdığına görə, 37 yaşlı ispaniyalı qapıçı ilə yeni müqavilə 2020-ci ilin yayınadək nəzərdə tutulub. Qeyd edək ki, Kasilyas 2015-ci ildən Portuqaliya klubunda çıxış edir. İspaniyalı qapıçının hazırkı müqaviləsi bu ilin yayında başa çatır. O, cari mövsümdə “Porto”nun heyətində 35 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə