Suarez 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Luis Suarez üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Klubun saytında yer alan məlumata görə, 32 yaşlı uruqvaylı hücumçu martın 17-də “Betis”lə oyunda dizindən zədələnib. Bu səbəbdən uruqvaylı hücumçunun ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Suarez cari mövsümdə Kataloniya komandasının heyətində keçirdiyi 39 oyunda 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə