Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində martın 21-də, saat 23:45-də Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA hakimlərin siyahısını diqqətinizə çatdırır:

Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Divan Valkov
Dördüncü hakim: Nikola Popov
(Hakimlər briqadası Bolqarıstandandır)

Bütün xəbərlər Facebook səhifəmizdə