“Baku Open” beynəlxalq karate turniri başa çatıb

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Baku Open” beynəlxalq karate turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, turnirin sonuncu günündə aşağı yaşlı karateçilər arasında qaliblər müəyyənləşib. Altı-yeddi yaşlı idmançıların kata yarışlarında oğlanlar arasında Azərbaycan təmsilçiləri Elməddin Səlimli, qızların mübarizəsində Elnura Əzimzadə, 8-9 yaşlılarda müvafiq olaraq Məhəmməd Quliyev oğlanlar və Aişə Əlirzayeva fərqləniblər.

Eləcə də 8-9 yaşlı karateçilərin kumite yarışlarında oğlanların mübarizəsində karateçilərimiz Seyidəli Fəttahlı (23 kq), Nicat Müslümov (28 kq), Uğur Səmədli (33 kq), Nuran Hacızadə (38 kq), Rafael Zeynalov (+38 kq) qalib olublar. Qızlar arasında isə Şəhanə Göyüşlü (25 kq), Nailə Məmmədli (30 kq), Zəhra Məmmədova (35 kq), Mədinə Kazımova (+35 kq) çempion olublar.

Çempionatda 10-11 yaşlı karateçilərin yarışlarında isə Azərbaycan idmançıları Kamal Dadaşov (30 kq), Royal Həşimov (35 kq), Ayxan Ağamirzəyev (40 kq), Cahangir Qayıbov (45 kq) və Gürcüstan təmsilçisi Nikolaz Gigauri (+45 kq) qızıl medal qazanıblar.

Martın 14-dən 17-dək keçirilən “Baku Open” beynəlxalq karate turnirində 14 ölkədən 1200-dən çox idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə