Cüdo üzrə Paralimpiya yığmamız Gürcüstana yollanıb

Azərbaycanın kişi cüdoçulardan ibarət Paralimpiya yığması təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb. SİA-nın məlumatına görə, baş məşqçi İbrahim İbrahimovun rəhbərlik etdiyi 12 nəfərlik heyət martın 26-dək Qoridə hazırlıq prosesində iştirak edəcək.

“Neftçi” idman klubunun dəstəyi ilə keçirilən təlim-məşq toplanışı Qori cüdo mərkəzində baş tutacaq.

Toplanış mayda Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə