İstefaya göndərilən Monçi “Sevilya”ya qayıdıb

İtaliyanın “Roma” klubundan istefaya göndərilən Ramon Monçinin yeni iş yeri bəlli olub. SİA-nın məlumatına görə, "transfer sehrbazı" ləqəbi ilə tanınan məşhur futbol funksioneri keçmiş klubu “Sevilya”ya qayıdıb. O, klubun idman direktoru olacaq. Monçi aprelin 1-dən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Monçi 17 il "Sevilya"da çalışıb. O, 2017-ci ildə əndəlüsiyalılardan "Roma"ya keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə