Ronaldo Portuqaliya millisinə çağırılıb

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisinə yenidən çağırılıb. Portuqaliya Futbol Federasiyasının saytında yer alan xəbərə görə, yığmanın baş məşqçisi Fernandu Santuş 34 yaşlı hücumçunu AVRO-2020-nin seçmə mərhələsində Ukrayna və Serbiya ilə oyunlar üçün milliyə dəvət edib.

Beləliklə, Ronaldo DÇ-2018-dən sonra ilk dəfə yığmada çıxış edəcək. Qeyd edək ki, Ronaldo yayda transfer olunduğu "Yuventus"a uyğunlaşmaq üçün 2018-ci ilin sonuna kimi milliyə çağırılmamağı xahiş etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə