Maldininin oğlu İtaliya millisinə dəvət alıb

İtaliyanın “Milan” futbol klubunun U-17 komandasının hücumçusu Daniel Maldini 18 yaşadək futbolçulardan ibarət yığmaya dəvət alıb. İtaliya mətbuatının yazdığına görə, hücumçu Hollandiya ilə yoldaşlıq görüşü üçün milliyə dəvət edilib. “Milan”ın gənclər komandasında çıxış edən hücumçu 22 oyunda 9 dəfə fərqlənib.

Xatırladaq ki, Danielin atası, “Milan”ın sabiq kapitanı Paolo Maldini hazırda klubun strateji inkişaf üzrə direktoru vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə