"Sevilya" Pablo Maçini istefaya göndərib

"Sevilya" baş məşqçisi Pablo Maçini istefaya göndərib. Klubun rəsmi saytında yer alan xəbərə görə, buna komandanın uğurusuz nəticələri səbəb olub. Rəhbərlik Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə Praqa "Slaviya"sına məğlubiyyətdən sonra ispaniyalı mütəxəssisin müqaviləsinə xitam verib. Onu müvəqqəti olaraq klubun idman direktoru Xoakin Kaparros əvəz edəcək.

Qeyd edək ki, Maçin ötən ilin yayında "Sevilya"ya baş məşqçi təyin olunmuşdu. Komanda hazırda İspaniya La Liqasında 27 turdan sonra 40 xalla 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə