"Fənərbaxça" Ərsun Yanal barədə açıqlama yaydı

"Fənərbaxça" baş məşqçisi Ərsun Yanalın istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. İstanbul təmsilçisi rəsmi "Tvitter" hesabı vasitəsilə açıqlama verərək, iddiaların əsassız olduğunu, növbəti mövsümdə də 57 yaşlı çalışdırıcı ilə yola davam edəcəklərini bildirib: "Komandamız bu mövsümü mümkün qədər yuxarı sıralarda bitirməyə çalışacaq. Növbəti mövsümdə isə Ersun Yanalın rəhbərliyi ilə çempionluq uğrunda mübarizə aparacağıq. Bu tip əsassız ayrılıq iddialarına inanmamağınızı xahiş edirik".

Qeyd edək ki, "Fənərbaxça" 25 turdan sonra Superliqada 28 xalla 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...