Marina Nekrasova idman gimnastikası tarixində ilkə imza atıb - FOTOLAR

Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası tarixində ilkə imza atıb. SİA-nın məlumatına görə, Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kubokunun sərbəst yarışlarında çıxış edən təmsilçimiz proqramını xüsusi hazırlanmış qapalı geyimdə icra edib.

Proqramını “Sarı gəlin” xalq mahnısının sədaları altında yerinə yetirən gimnastımızın geyimi azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə