“Arsenal” 1/4 finala çıxıb, “İnter” isə mübarizəsini dayandırıb

Martın 14-də UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. SİA-nın məlumatına görə, “İnter” doğma azarkeşlər önündə Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşıb.

Görüşdə qonaqlar minimal hesabla qələbə qazanıb - 0:1. Milan təmsilçisi ilk oyunda səfərdə heç-heçə (0:0) edərək iki oyunun nəticəsinə əsasən turnirdə mübarizəsini dayandırıb.

İngiltərənin “Arsenal” klubu bir həftə öncə Fransada “Renn” klubuna 3:1 hesabla məğlub olmasına baxnayaraq, öz meydanında rəqibin qapısına üç cavabsız top keçirdərək növbəti mərhələyə adlayıb.

İspaniyanın “Vilyarreal” klubu öz meydanında Rusiyanın “Zenit” klubu 2:1 hesabı ilə enərək adını dörddəbir finalçıların cərgəsinə yazdırıb. Bu komandaların Rusiyada baş tutan görüşündə ispanlar üstün olub - 3:1.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə