"Çelsi", "Napoli" və "Valensiya" 1/4 finalda

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. SİA-nın məlumatına görə, baş tutan qarşılaşmalardan sonra növbəti mərhələyə adlayacaq 8 komandanın adına aydınlıq gələcək.

İlk görüşdə evdə böyük hesabla qalib gələn "Çelsi" ilə "Napoli" səfər oyununa ciddi üstünlüklə çıxıblar. "Çelsi" yenə darmadağınla növbəti mərhələyə vəsiqə qazanıb. "Napoli" isə məğlub olsa da, ilk oyunun nəticəsinə görə mərhələ adlayıb.

İlk oyunda qalib gələn "Valensiya" da "Krasnadar"la heç-heçə etməsinə baxmayaraq,1/4 finala çıxıb.

Fransada "Renn"ə yenilən "Arsenal"ın "Emireyts"də işi asan olmayacaq. Həmçinin gözlənilmədən evdə "Slaviya" ilə qollu bərabərə qalan "Sevilya" səfərdə mütləq qalib gəlməlidir.

Avropa Liqası

1/8 final

Cavab oyunları

14 mart

"Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə) 0:5

Qollar: Oliver Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hudson-Odoi, 78.

İlk oyun - 0:3

"Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) 1:1

Qollar: Maqomed-Şapi Süleymanov, 85 - Qonsalo Qudes, 90+3.

İlk oyun - 1:2

"Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya) 3:1

Qollar: Munas Dabbur, 25. Fredrik Qulbrandsen, 65. Kristof Leytqeb, 90+2 - Arkadiuş Milik, 14.

İlk oyun - 0:3

00.00 "Arsenal" (İngiltərə) - "Renn" (Fransa)

İlk oyun - 1:3

00.00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 0:1

00.00 "İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 0:0.

00.00 "Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya)

İlk oyun - 2:2

00.00 "Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya)

İlk oyun - 3:1

Bütün xəbərlər Facebook səhifəmizdə