"Qarabağ"ın qapıçısı İslandiya millisinə çağırılıb

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson İslandiya millisinə çağırılıb. İslandiya Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, komandanın baş məşqçisi Erik Hamren AÇ-2020-nin seçmə mərhələ oyunları üçün 23 nəfərlik heyətdə 35 yaşlı qolkiperə də dəvət göndərib. Qeyd edək ki, İslandiya martın 22-də səfərdə Andorra, 25-də isə səfərdə Fransa ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...