UEFA Neymara 3 oyunluq cəza verəcək

UEFA Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra hakimlər haqqında təhqiramiz ifadələr işlədən PSJ-nin futbolçusu Neymarın cəzanın müddəti məlum olub. Britaniyanın “The Sun” nəşrinin yazdığına görə, UEFA-nın intizam işi açdığı brazilyalı futbolçuya 3 oyunluq cəza veriləcək. Beləliklə, o, avrokuboklarda növbəti 3 oyunu tribunadan izləməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə