İngilis klubu Rakitiçi transfer etməkdən vaz keçdi

"Mançester Yunayted" "Barselona"nın futbolçusu İvan Rakitiçi transfer etmək fikrindən daşınıb. İngiltərə klubu xorvatiyalı yarımmüdafiəçi üçün Kataloniya təmsilçisi ilə danışıq aparmayacaq. Buna səbəb "MY"nın oyunçusu Pol Poqbanın yayda klubdan ayrılmamağıdır. Fransalı oyunçunun klubda qalacağına əmin olan Premyer Liqa təmsilçisi yarımmüdafiə xəttinə yeni futbolçu cəlb etməyə ehtiyac duymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə