Messi yardım kampaniyasına 200 min avro bağışlayıb

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi Keniya üçün başladılan yardım kampaniyasına dəstək olub. 31 yaşlı argentinalı hücumçu UNICEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq dəstək olub. Kampaniya çərçivəsində uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq. Bundan başqa, 4 min insanın qida probleminin də həll olunacağı bildirilib.

Qeyd edək ki, Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə