23 yaşlı futbolçu Messinin rekorduna yaxınlaşdı

İtaliya A seriyasının XXV turunun açılış matçında "Empoli"ni qəbul edən "Milan" 3:0 hesablı qələbəyə sevinib. Matc.az saytının məlumatına görə, bu qarşılaşmada qollardan birinə imza atan "rossonyerlər"in transferi Kşiştof Pyontek bombardirlər yarışında liderə yaxınlaşıb.

Belə ki, aktivindəki topların sayını 18-ə çatdıran forvard yalnız "Yuventus"un hücumçusu Kriştianu Ronaldodan 1 qol geri qalır. "Milan"ın heyətində keçirdiyi 6 görüşdə 7 dəfə fərqlənən 23 yaşlı oyunçu bu mövsüm bütün klub turnirlərində qollarının sayını 26-ya çatdırıb. O, buna 27 oyunda nail olub.

Pyontek hazırda yalnız "Barselona"nın kapitanı Lionel Messidən geri qalır. Argentinalı superulduz 31 görüşdə 30 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...