"Milan" "Empoli"yə 3 cavabsız qol vurub

İtaliya A Seriyasında 25-ci tura start verilib. SİA-nın məlumatına görə, "Milan" evdə "Empoli"ni qəbul edib. Görüş "qırmızı-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 66 xalla "Yuventus" başçılıq edir. "Napoli" 53 xalla 2-ci, "İnter" 46 xalla 3-cü, "Milan" 45 xalla 4-cüdür.

"Milan" - "Empoli" 3:0
Qollar:
Kriştof Pyontek, 49, Frank Kessi, 51, Samu Katilyexo, 67

Bütün xəbərlər Facebook səhifəmizdə