PSJ U-19 komandasının üzvü, türk futbolçu Metehan Güçlü ilə ilk peşəkar müqavilə imzalayıb. Klubun saytında yer alan məlumata görə, Paris təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasının heyətinə də daxil etdiyi 19 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, PSJ-nin yetirməsi olan gənc futbolçu hazırda Türkiyənin U-19 millisinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə