Neymar müalicə üçün Braziliyaya gedəcək

PSJ-nin futbolçusu Neymar zədəsinin müalicəsi üçün Braziliyaya gedəcək. Klubun saytında yer alan xəbərə görə, 27 yaşlı hücumçu ölkəsində 10 günlük xüsusi müalicə kursu keçəcək.

Qeyd edək ki, Neymar yanvarda Fransa kubokunun 1/16 finalında "Strasburq"la matçın (2:0) 62-ci dəqiqəsində ayağından zədə alıb. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə