Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə 18-20 fevral tarixlərində Mingəçevir şəhərində 2006-2007-ci il təvəllüdlü uşaqlar arasında turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə Mingəçevir, Yevlax, Ağdaş, Gəncə, Göygöl, Şəmkir və Naftalan şəhərlərini təmsil edən komandalar iştirak edib.

Yekunda 3-cü yeri Yevlax, 2-ci yeri Naftalan təmsilçisi tutub. Turnirin qalibi isə Mingəçevir komandası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə