"Real" Beyllə yollarını ayıra bilər

"Real"ın hücumçusu Qaret Beyl yayda klubdan göndərilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəhbərlik hücumçunun oyunundan narazıdır. “Kral klubu”nda hesab edirlər ki, Beyl Vinisius Junior və Lukas Vaskesə bütün komponentlərdə uduzur. Forvard ötən mövsümün sonunda Madrid təmsilçisindən ayrılmaq istəyib. Lakin rəhbərlik onu dilə tutaraq saxlayıb. İndi isə vəziyyət dəyişib. Etimadı doğrultmayan forvard göndəriləcək. Uelsli "Çelsi" və "Mançester Yunayted"in diqqət mərkəzindədir.

Futbolçunun "Tottenhem"ə qayıtması da mümkündür. Beyl 2013-cü ildə məhz bu klubdan "Real"a transfer edilib. Madridlilər keçidə 101 milyon avro xərcləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə