Parataekvondoçularımız beynəlxalq reytinq turnirində 5 medal qazanıblar

Misirin Hurqada şəhərində keçirilən parataekvondo üzrə açıq Afrika çempionatında dörd idmançı ilə təmsil olunan paralimpiya milli komandamızın üzvləri reytinq xallarını artırıblar. SİA-nın məlumatına görə, Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, komandamızın kapitanı, 75 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Nicat Müslümov K42 və K43 kateqoriyalarında iki qızıl medal qazanıb.

Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44, 49 kq) və Aynur Məmmədova (K44, +58 kq) yalnız final döyüşündə məğlub olaraq yarışı gümüş medallarla başa vurublar.

Digər kişi idmançımız Elimxan Manafov (K43, 61 kq) yarımfinalda mübarizəni dayandırıb.

Komanda hesabında millimiz üçüncü yerdə qərarlaşıb. Nicat Müslümov yarışın ən güclü idmançısı seçilib.

Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının mübarizə apardığı beynəlxalq reytinq turnirini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə