19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, komandamız Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Saat 19:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Görüşü Hikmət Qafarlı, Rahin Heybətov və Mehman Mahmudovdan ibarət hakimlər briqadası idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə