Massimiliano Alleqri: "İkinci hissə sanki dəhşətli bir yuxu idi"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya məğlubiyyəti (0:2) şərh edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çalışdırıcı komandasının oyuna adaptasiya oluna bilmədiyini deyib: “Bilirdim ki, "Atletiko" bizə göz açdırmayacaq. Matça köklənə bilmədik və cəzalandırıldıq. İkinci hissə sanki dəhşətli bir yuxu idi. Heç vaxt bu cür bərbad oynamamışdıq. Səhvlərimiz çox oldu. "Atletiko" kimi klubla oyunda buraxılan kiçik bir səhv böyük problem yaradır. Rəqibin matça tam nəzarət etməsinə imkan yaratdıq. Cavab qarşılaşması asan olmayacaq. Əlimizdən gələni etməliyik. Ümidsiz deyiləm. Şansımız itirilməyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə