PSJ-nin hücumçusu zədəsini sağaldıb

Futbol üzrə Fransa Liqasının 24-cü turunun "Bordo" ilə oyununda zədələnən PSJ-nin hücumçusu Edinson Kavani sıraya dönüb. Klubun rəsmi “Tvitter” səhifəsində yer alan xəbərə görə, uruqvaylı futbolçu artıq məşqlərə başlayıb. Hələlik fərdi hazırlıqla kifayətlənən 31 yaşlı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə martın 6-da keçiriləcək cavab oyunda meydana çıxacağı istisna olunmur. Qeyd edək ki, PSJ ilk görüşdə səfərdə “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə