Amerikalı boksçu ilə britaniyalı dünya çempionu arasında qalmaqal

Amerikalı boksçu Jarell Miller dünya çempionu britaniyalı Entoni Joşuanı qadağan olunmuş preparatdan istifadə etməkdə günahlandırıb. TASS informasiya agentliyi xəbər verir ki, Miller bu fikirləri Nyu-Yorkda təşkil edilən birgə mətbuat konfransında səsləndirib. Britaniyalı boksçunun nümayəndəsi isə ittihamların yalan olduğunu söyləyib.

Qeyd edək ki, Millerlə Entoni Joşua arasında döyüş iyunun 1-də Nyu-Yorkda baş tutacaq. Hər iki boksçu məğlubedilməzliyi ilə tanınır. Entoni üçün bu qarşılaşma Böyük Britaniyadan kənarda keçiriləcək ilk döyüş olacaq.

İyirmi doqquz yaşlı Joşua 22 döyüşün 21-də nokautla qələbə qazanıb. Otuz yaşlı Miller isə 23 qarşılaşmanın 22-də qələbə qazanıb (20-si nokautla), biri heç-heçə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə