“Benfika” ciddi itki ilə üzləşib

“Qalatasaray”ın Avropa Liqasının 1/16 finalındakı rəqibi “Benfika” cavab oyunu öncəsi ciddi itki ilə üzləşib. Portuqaliya klubunun saytında yer alan məlumata görə, komandanın aparıcı üzvü Eduardo Salvio zədə səbəbindən İstanbul təmsilçisi ilə qarşılaşmanı buraxacaq. “Sarı-qırmızılar”ın 1:2 hesabı məğlub olduğu ilk oyunda qollardan birinin müəllifi olan 28 yaşlı yarımmüdafiəçi daha sonra zədələnərək meydanı tərk etmişdi. Tibbi müayinədən sonra ayaq sümüyündə problem olduğu aşkarlanan argentinalı futbolçunun 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Benfika" - "Qalatasaray" matçı fevralın 22-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə