Mourinyo açıqladı: "Düzgün seçim etmək istəyirəm""

"Dörd fərqli ölkədə işləmişəm. Başqa mədəniyyətləri də tanımaq istəyirəm. Yeni bir çempionatda işləmək mənim üçün gözəl bir təcrübə olar". Bu sözləri "Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis Fransa Liqasının son turunda keçirilən "Lill" - "Monpelye" oyununu tribunadan izləyib. Görüşdən sonra "beIN Sports"a açıqlama verən 56 yaşlı məşqçi Fransada işləməyə müsbət yanaşdığını bildirib: "Fransada işləməyim mümkündür. Özümü orada təsəvvür edə bilirəm. İndi gözləyirəm, vaxtımı ailəm və dostlarımla keçirirəm. Düzgün seçim etmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə