“Mançetser Yunayted” bu futbolçu üçün 80 milyon avro təklif edir!

Almaniyanın “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Ceydon Sanço “Mançetser Yunayted”in hədəfindədir. Xarici KİV-lərin yaydığı məlumata görə, “qırmızı şeytanlar” 18 yaşlı gənc futbolçuya görə 80 milyon avrodan keçməyə hazırdır. “Mankunianlar” hətta bir neçə top klubu qabaqlayaraq rəsmi təklif göndəriblər. Transfer reallaşarsa, məbləğin 15 faizi “Mançester Siti”yə çatacaq. Çünki “şəhərlilər”in yetirməsi olan Sanço 2017-ci ildə “Borussiya Dortmund”a keçərkən klublar bu barədə razılığa gəliblər.

Qeyd edək ki, Ceydon Sançonun “Borussiya Dortmund” ilə müqavilə müddəti 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə