Qılıncoynadanımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib

Fransanın Durdan şəhərində qılıncoynatmanın sablya növü üzrə gənclərin şəxsi Dünya Kubokunun mərhələ yarışı keçirilib. SİA Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanmaqla pley-offa yüksəlib. Sablyaçımız 1/64 finalda İtaliya təmsilçisi Alberto Nigriyə 12:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə