U-19 Şotlandiya yığmasına məğlub olub

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. SİA-nın məlumatına görə, yığmamız şotlandiyalı həmyaşıdları ilə qarşılaşıb. Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb-0:2.

Qeyd edək ki, U-19 millimiz ilk yoxlama görüşündə İspaniyaya 0:2 hesabı ilə məğlub olub, ikinci matçda isə İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandasını 6:1 hesabı ilə üstələmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə