Zapata yayda "Fənərbaxça"ya keçir?

Türkiyənin "Fənərbaxça" futbol klubu daha bir səs-küylü transfer reallaşdırmağa çox yaxındır. Türkiyənin "Ajansspor" saytının yazdığına görə, hazırda "Milan"da çıxış edən kolumbiyalı futbolçu Kristian Zapata İstanbul klubu ilə danışıqlar aparır. Məlumatda qeyd olunur ki, iyunda İtaliya təmsilçisi ilə müqaviləsi sona çatacaq ulduz futbolçunun meneceri ilə "Fənərbaxça" prezidenti Ali Koç arasında bu barədə görüş olub və şifahi razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə