18 yaşlı futbolçu xərçəngdən sağaldı!

"Mançester Yunayted" futbol klubunun gənclərdən ibarət komandasının müdafiəçisi, 19 yaşlı Maks Dann kimyaterapiya kursunu müvəffəqiyyətlə keçib və xərçəng xəstəliyindən sağalıb. Bu barədə klubun rəsmi saytında bildirilir: “İlk gündən mənə dəstək verən hər kəsə təşəkkür etmək istəyirəm. Klinikanın həkimləri və xərçəng xəstələrinə dəstək təşkilatı Mellissadan mənə çox gözəl qayğı göstərdilər. Ailəmin mənə necə kömək etdyini sözlərlə təsvir edə bilmirəm. Anam və atalığım, qardaşım və qızım Lidiya, bütün digərləri mənə əvəzsiz kömək göstərdilər”, - deyə 19 yaşlı oyunçu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...