"Barselona" bu futbolçu ilə yeni müqavilə imzalayacaq

"Barselona" baş məşqçisi Ernesto Valverdedən sonra müdafiəçi Xordi Alba ilə də razılığa gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu yeni müqavilə imzalamağa hazırlaşır.

Klubla futbolçunun meneceri arasında görüş müsbət nəticələnib. Albanın kataloniyalılarla uzunmüddətli sözləşmə imzalayacağı artıq dəqiqdi. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Lion"la qarşılaşmadan sonra 29 yaşlı cinah müdafiəçisi yeni 4 illik sazişə qol çəkəcək.

Qeyd edək ki, Xordi Albanın "Barselona" ilə hazırkı müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...