"Borussiya"sının futbolçusu nəhənglərin radarında!

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sançoya təkliflər gəlməkdə davam edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, budəfəki təklif daha cəlbedici olub.

Belə ki, "Mançester Yunayted" də 18 yaşlı vinger uğrunda mübarizəyə qoşulub. "Qırmızı şeytanlar" hətta rəqiblərini qabaqlayaraq rəsmi təklif də göndərib. Belə ki, "mankunianlar" İngiltərə millisinin üzvü üçün 80 milyon avro ilə almanların qapısını döyüb. Keçid reallaşarsa, transfer məbləğinin 15 faizi "Mançester Siti"yə çatacaq. Çünki "şəhərlilər"in yetirməsi olan Sanço 2017-ci ildə "Borussiya"ya keçərkən klublar bunda ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, Ceydon Sançonun "Borussiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə